Hadisə

FHN: "Universitetdə yanğın olmayıb" — VİDEO+YENİLƏNİB

FHN: Universitetdə yanğın olmayıb — VİDEO+YENİLƏNİB

Azərbaycan Neft və Sənaye Universitetində yanğın hadisəsi baş verməyib.

Bu barədə Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva deyib.

Onun sözlərinə görə, hadisə barədə Fövqəladə Hallar Nazirliyinə yanlış məlumat daxil olub: "Hadisə barədə bizə məlumat daxil olub, əraziyə yanğından mühafizə bölməsinin əməkdaşları cəlb olunub. Məlum olub ki, ərazidə heç bir yanğın hadisəsi baş verməyib".

***

23:04

Bu gün axşam saatlarında Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yanğın olub.

Demokrat.azxəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Universitetləri" səhifəsi yayıb.

Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.

ADNSU isə xəbəri təkzib edib. Universitetdən bildirilib ki, bu gün ali məktəbdə heç bir yanğın olmayıb:

"Sadəcə qazanxanadan çıxan tüstü bəzi panikaya səbəb olub. Bunun də nəticəsi olaraq FHN-ə zəng edilib".

Demokrat.az

D
demokrat.az