Artıq 5 gündür sürücülər sərhədi keçə bilmirlər..sərhədkeçmə məntəqəsində uzun növbələr yaranıb
Demokrat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, sürücülər deyirlər ki, günlərlə növbədə qalmaq həm maddi, həm də texniki baxımdan ciddi problemlər yaradır. Xüsusilə qida məhsulları daşıyan yük avtomobillərinin sahibləri məhsulların xarab olmasından ehtiyat edirlər.
Türkiyəli sürücülər isə bildirirlər ki, avtomobillərində əsasən tez xarab olan ərzaq məhsulları var kiuzun müddət gözləmək onlar üçün böyük risk yaradır. Yüklər Rusiya ərazisinə keçmək üçün növbədə saxlanılır. Problemin Rusiya gömrüyü ilə əlaqəli olduğu bildirilir
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən “Xəzər Xəbər”ə verilən açıqlamada bildirilib ki, "Samur", "Xanoba" və "Şirvanlı" gömrük postlarındanyük nəqliyyat vasitələrinin buraxılışı gündəlik iş rejimində həyata keçirilir və hazırkı şəraitdə buraxılış ilə əlaqədar hər hansı sıxlıq və gecikmə halları müşahidə edilmir."
Xezerxeber.azmövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Demokrat.az


