Sosial

Salyan RİH başçısı pambıq sahələrində: Fermerlərlə görüş keçirilib — FOTOLAR

Salyan RİH başçısı pambıq sahələrində: Fermerlərlə görüş keçirilib — FOTOLAR

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda pambıqçılığın mövcud vəziyyəti və gedişatı ilə tanış olmaq məqsədilə əkin sahələrinə baxış keçirib.

Demokrat.az xəbər verir ki, səfər çərçivəsində icra başçısı fermerlər və təsərrüfat sahibləri ilə görüşərək onların qayğıları ilə maraqlanıb. Görüşdə aidiyyəti təşkilat rəhbərləri tərəfindən pambıq əkini ilə bağlı görülən hazırlıq işləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunublar. Səpin aparılan sahələrin vaxtında şumlanması, arata qoyulması və malalanması prosesi uğurla başa çatdırılıb. Müzakirələr zamanı sahələrə aqrotexniki qulluq, yeni əkin üsullarının tətbiqi, düzgün toxum seçimi və suvarma məsələləri əsas diqqət mərkəzində olub.

Rüstəm Xəlilov vurğulayıb ki, dövlətin pambıqçılığa göstərdiyi dəstək tədbirləri kənd əhalisinin məşğulluğunun artmasına və fermerlərin gəlirlərinin yüksəlməsinə birbaşa təsir edir. O, yüksək məhsuldarlıq əldə etmək üçün aqrotexniki becərmə qaydalarına ciddi əməl olunmasının vacibliyini qeyd edərək, məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.

Xatırladaq ki, Salyan rayonunda pambıqçılıq aqrar bölmənin ənənəvi və strateji sahələrindən biri hesab olunur.

Salyan RİH başçısı pambıq sahələrində: Fermerlərlə görüş keçirilib — FOTOLAR

Salyan RİH başçısı pambıq sahələrində: Fermerlərlə görüş keçirilib — FOTOLAR

Salyan RİH başçısı pambıq sahələrində: Fermerlərlə görüş keçirilib — FOTOLAR

Salyan RİH başçısı pambıq sahələrində: Fermerlərlə görüş keçirilib — FOTOLAR

NE
Nihadə Eyyubova