Maraqlı Özəl

14 yaşında yuxuya getdi, 46 yaşında oyandı — FOTO

14 yaşında yuxuya getdi, 46 yaşında oyandı — FOTO

Dünya tibb tarixinə "Oknö sakini" kimi düşən Karolina Olssonun taleyi hələ də elm adamlarını heyrətə gətirir. Hələ 14 yaşında olanda dərin yuxuya gedən və gözlərini açanda artıq 46 yaşı olan bu qadının başına gələnlər nağıllardakı "Yatmış gözəl" hekayəsinin real həyatdakı əksidir.

Demokrat.az xəbər verir ki, İsveçin Oknö adasında 1876-cı ilin soyuq qış günündə baş verən qəza bütün gedişatı dəyişib. 14 yaşlı Karolina məktəbdən evə qayıdarkən buzun üzərində sürüşərək yıxılır və başından ağır zərbə alır. Həmin axşam şiddətli baş ağrısından şikayətlənən yeniyetmə qız yatağına uzanır və bir də onillər sonra ayağa qalxır.

Ailəsi ilk günlər bunun müvəqqəti halsızlıq olduğunu düşünsə də, Karolinanı nə səs, nə də fiziki təmasla oyatmaq mümkün olmur. Atası və qardaşları onun nəfəs aldığını, bəzən hərəkət etdiyini görür, ancaq huşu yerinə gəlmirdi. Həkimlərin o dövrün məhdud imkanları ilə qoyduğu diaqnozlar nəticəsiz qalır, Karolinanın vəziyyəti tibbi müəmmaya çevrilir.

14 yaşında yuxuya getdi, 46 yaşında oyandı — FOTO

32 il boyu yalnız şəkərli su və südlə qidalanan, anasının xüsusi qayğısı ilə yaşayan Karolina 1908-ci ildə gözlənilmədən oyanır. Evdəki xidmətçinin otaqdan gələn qəribə səsləri eşitməsi ilə "Yatmış gözəl"in geri döndüyü məlum olur. Gözlərini açanda artıq orta yaşlı qadın olan Karolina nə qardaşlarını tanıyır, nə də keçən illərdən xəbəri olur. Onun yaddaşı yalnız 14 yaşına qədər olan xatirələrlə məhdudlaşmışdı.

Müasir mütəxəssislər bu vəziyyəti müxtəlif psixoloji və ya nevroloji pozuntularla əlaqələndirməyə çalışsalar da, 88 yaşında vəfat edən Karolinanın 32 illik yuxusunun dəqiq səbəbi hələ də tam açılmayıb.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova