Şou-biznes Özəl

55 yaşlı astroloq əkizlərə hamilədir

55 yaşlı astroloq əkizlərə hamilədir

Məşhur astroloq Nuray Sayarının şəxsi həyatı ilə bağlı paylaşımı izləyiciləri arasında böyük marağa səbəb olub. Ötən il ailə quran məşhur sima bu dəfə xoş xəbəri sosial şəbəkə vasitəsilə elan edib.

Demokrat.az xəbər verir ki, 55 yaşlı astroloq əkiz körpə gözlədiyini açıqlayıb. Ötən ilin avqust ayında Ahmet Destan ilə ailə quran Nuray Sayarının toyu və gəlinliyi uzun müddət müzakirə olunmuşdu.

Astroloq sevincli xəbəri bölüşərək, bu hadisəni möcüzə kimi qiymətləndirib və Allaha sonsuz şükür etdiyini bildirib. Onun bu paylaşımı qısa müddətdə minlərlə bəyənmə və təbrik rəyi toplayıb.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova