Azərbaycanda yüksək vəzifəli şəxslərin gömrük sərhədindən keçidi ilə bağlı qaydalarda mühüm yenilik gözlənilir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklər geniş müzakirə olunub.
Demokrat.az xəbər verir ki, yeni qanun layihəsinə əsasən, ölkənin rəhbər şəxslərinin və müəyyən statuslu nümayəndələrin şəxsi əşyaları gömrük yoxlamasından azad ediləcək. Sənəddə qeyd olunur ki, xidməti vəzifələrini yerinə yetirən Birinci vitse-prezident və vitse-prezidentlərin baqajları gömrükdə yoxlanılmayacaq.
Eyni imtiyaz Baş nazir və onun müavinləri, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, həmçinin Milli Məclis deputatları və Ombudsman üçün də nəzərdə tutulur. Bundan əlavə, diplomatik korpusun nümayəndələri və onların ailə üzvləri də sərhədi keçərkən oxşar prosedurlardan kənarda qalacaqlar.
Demokrat.az


