Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib.
Demokrat.az “Qafqazinfo”ya istinadənxəbər verir ki, hadisə rayonun Yalama kəndi ərazisində qeydə alınıb.
“VAZ 21010” və “KİA” markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki sürücü, Xaçmaz rayon sakinləri - İsrafil Şahbaz oğlu Hidayətov və Orxan Rüfət oğlu Mirzəquliyev hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.

Demokrat.az


