Şou-biznes

Konsert hazırlığı ölümlə nəticələndi

Konsert hazırlığı ölümlə nəticələndi

Dünyaca məşhur müğənni Şakiranın planlaşdırılan konserti ilə bağlı hazırlıqlar faciə ilə nəticələnib. Braziliyada baş tutacaq möhtəşəm şou ərəfəsində qurulan nəhəng səhnə bir nəfərin ölümünə səbəb olub.

Demokrat.az xəbər verir ki, hadisə aprelin 26-da səhnə qurğularının quraşdırılması zamanı baş verib. Rio-de-Janeyronun məşhur Kopakabana çimərliyində keçirilməsi planlaşdırılan konsert üçün texniki hazırlıq görən işçi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Ağır texnika və kran sistemləri ilə işləyən şəxs hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb. Hadisə yerinə dərhal həkim briqadaları çağırılsa da, xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Təşkilatçı şirkət bədbəxt hadisə ilə bağlı rəsmi məlumat yayaraq işçinin ölümünü təsdiqləyib. Şakiranın 2 may tarixinə planlaşdırılan konserti üçün hazırlıqların davam etdiyi vaxtda baş verən bu ölüm hadisəsi hər kəsi sarsıdıb. Hələlik ulduz müğənninin nümayəndələri baş verənlərlə bağlı hər hansı rəsmi açıqlama verməkdən yayınıblar.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova