Cəlilabadda qəza nəticəsindəxəsarət alanlardan 5 nəfərin şəxsiyyəti məlum olub.
Qəza nəticəsində2002-ci il təvəllüdlü Hüseyn Zeynalov, 2002-ci il təvəllüdlü Samir Seyfullayev, 1977-ci il təvəllüdlü Zaur Tahirov, 1999- cu il təvəllüdlü Yusif Nəzərov və 2012-ci il təvəllüdlü Həzrətəli Tahirov xəsarət alıblar.
XXX
Cəlilabadda qəza nəticəsində 7 nəfər xəsarət alıb.
Zopun kəndi ərazisində “Vaz 2106” və “Lada” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 7 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
XXX
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza rayonun Zopun kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb və hazırda onlara tibbi yardım göstərilir.
Məlumata görə, avtomobillərdən birində bu gün keçirilən 9-cu siniflərin buraxılış imtahanından qayıdan şagirdlər olub. Faktla bağlı araşdırma aparılır. (Report)
Demokrat.az


