Maraqlı Özəl

Bugün toyları olacaqdı... — FOTO

Bugün toyları olacaqdı... — FOTO

Burdurda (Türkiyə ) toy hazırlığı edən gənc cütlüyün ölümü hər kəsi kədərə boğub. Çavdır rayonunun Küçükalan kəndində baş verən hadisədə 20 yaşlı Ayşegül Maral və 34 yaşlı Fatih Özaslan həyatını itirib.

Demokrat.az xəbər verir ki, cütlüyün toyu məhz bu gün baş tutmalı idi.

Hadisə səhər saatlarında, gənclərin yaxınları tərəfindən aşkar edilib. Axşam xına mərasimləri olan gənclərin evdə hərəkətsiz qaldığını görən ailə üzvləri dərhal tibbi yardım çağırıblar. Hadisə yerinə gələn həkimlər hər iki şəxsin vəfat etdiyini müəyyənləşdiriblər.

Bugün toyları olacaqdı... — FOTO
Bugün toyları olacaqdı... — FOTO

İlkin araşdırmalar zamanı gənclərin bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyi məlum olub. Onları cərəyan vurduğu ehtimal edilir. Meyitlər tibbi ekspertiza üçün morqa aparılıb.

Ölümün dəqiq səbəbi autopsiya nəticəsində aydınlaşacaq.

Faktla bağlı jandarma briqadaları tərəfindən araşdırmalar davam etdirilir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova