Şou-biznes Özəl

Məşhur pop ulduzu indi dam ustası işləyir — FOTO

Məşhur pop ulduzu indi dam ustası işləyir — FOTO

1990-cı illərin ən parlaq musiqi qruplarından biri olan "East 17"nin üzvü Con Hendi hazırda tanınmaz haldadır. Gənc yaşlarında dünya şöhrəti qazanan ifaçı şansını musiqi dünyasında sınasa da, taleyi onu yenidən əvvəlki sənətinə, yəni dam ustalığına qaytarıb.

Demokrat.az xəbər verir ki, həmin illərdə qrup üzvlərinin musiqi aləmində uzun müddət qalacağı düşünülürdü. Lakin uşaq yaşlarında gələn şöhrət onlara uğur gətirmədi. İndi 55 yaşı olan Hendi ailəsini dam təmiri ilə dolandırır. O, sosial şəbəkələrdə iş başındakı videolarını paylaşaraq vəziyyətinə bir qədər yumorla yanaşır.

Məşhur pop ulduzu indi dam ustası işləyir — FOTO

Məşhur olduğu illərdə milyonlar qazandığı düşünülsə də, reallıq tam fərqlidir. Con Hendi "Daily Mail" qəzetinə verdiyi müsahibədə acı həqiqətləri bölüşüb. Bildirib ki, dostları dəbdəbəli maşınlar sürdüyü halda, onun köhnə yük avtomobilindən başqa heç nəyi yoxdur:

"Hər kəs mənim milyonlarımın olduğunu düşünür, amma mənim heç evim də yoxdur. Köhnə dam örtüyü daşıyan yük maşınımdan başqa bir şeyim yoxdur."

Bu vəziyyətin əsas səbəbi isə vaxtilə qrupun bağladığı müqavilələr olub. 1990-cı illərdə milyonluq razılaşmalara imza atsalar da, menecerləri gəlirin böyük hissəsini özünə götürüb, qrup üzvlərinə isə həftəlik çox cüzi məbləğ ödəyib.

Buna baxmayaraq, keçmiş ulduz həyatından narazı deyil. Həyat yoldaşı Nina və iki övladı ilə xoşbəxt olduğunu deyən Hendi şöhrətli illərini "yaşanmış xəyal" kimi xatırlayır. Onun üçün əsas məsələ ayaq üstə durmağı bacarmaqdır.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova