Şou-biznes Özəl

Bu seriallarla bağlı qərar verildi

Bu seriallarla bağlı qərar verildi

Türkiyənin reytinqli ekran işləri bir-birinin ardınca tətillə bağlı qərarlarını açıqlayırlar. İzləyicilərin hər həftə maraqla gözlədiyi layihələr artıq yay fasiləsinə yollanmağa hazırlaşır.

Demokrat.az xəbər verir ki, "Taşacak bu deniz" serialının bu mövsüm üçün sonuncu bölümü iyunun 5-də nümayiş olunacaq.

Hekayəsi ilə diqqət çəkən "Eşref Rüya" layihəsi isə iyunun 10-da izləyiciləri ilə müvəqqəti olaraq sağollaşacaq. Artıq altıncı mövsümü ilə ekranlarda olan "Teşkilat" serialı da mövsüm finalına hazırlaşanlar arasındadır. Ekran işi iyunun 14-də yayımlanacaq 185-ci bölümü ilə çəkilişlərə fasilə verəcək.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova