Hadisə

Məktəbdə yandırılan şagirdin yaxınları DANIŞDI: Vəziyyəti ağırdır — VİDEO

Məktəbdə yandırılan şagirdin yaxınları DANIŞDI: Vəziyyəti ağırdır — VİDEO

Ötən gün 286 nömrəli tam orta ümumtəhsil məktəbində sinif yoldaşı tərəfindən yandırılan IX sinif şagirdinin vəziyyəti həkim tərəfindən ağır qiymətləndirilir. Hazırda xəsarət alan uşağın həyatını xilas etmək üçün qan axtarılır. Xəsarət alan şagird Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub. Qeyd edək ki, hadisə zamanı 16 yaşlı yeniyetmə sinif yoldaşının üzərinə spirt tökərək onu alışqanla yandırıb. Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Bu barede “ARB Xəbər”də süjeti yayımlanıb.

Ətraflı reportajda:

D
demokrat.az