Cəmiyyət

28 May metrosu ətrafında tramvay xətləri olacaq

28 May metrosu ətrafında tramvay xətləri olacaq

Paytaxtın mərkəzində nəqliyyatın hərəkət istiqaməti tamamilə dəyişir və illər əvvəl xatirəyə çevrilən tramvaylar yenidən Bakı küçələrinə qayıdır. Şəhərin ən strateji nöqtələrindən biri sayılan "28 May" metrostansiyasının ətrafı bu yeniliyin əsas qovşağına çevriləcək.

Demokrat.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı AZTV-yə müsahibəsində deyib.

Bakının nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində bir neçə istiqamət üzrə yeni tramvay xətlərinin çəkilməsi nəzərdə tutulur. İlkin planlara görə, "Sea Breeze" istirahət mərkəzindən Mehdiabad qəsəbəsinə qədər uzanan xətt çəkiləcək. Layihənin davamı olaraq həmin yol Mehdiabaddan birbaşa "28 May" metrostansiyasına qədər gətiriləcək. Eyni zamanda paytaxtın Bayıl qəsəbəsindən də mərkəzə doğru tramvay xəttinin inşası gündəmdədir. Şəhər daxilindəki hərəkətliliyi artırmaq üçün "28 May"dan "Həzi Aslanov" metrostansiyası istiqamətinə, Mehdiabaddan isə "8 Noyabr" stansiyasına qədər yeni yolların salınması planlaşdırılır.

Həmçinin oxu: Binəqədi sakinlərinə şad xəbər Bu maşınlar 4 min ucuzlaşdı Qapının ağzına bir ovuc tökün: Həmişəlik yoxa çıxacaqlar

Vüsal Qasımlı bildirib ki, bu layihələrin həyata keçirilməsi paytaxtın şərq və qərb, eləcə də şimal və cənub hissələri arasında nəqliyyat əlaqəsini daha da möhkəmləndirəcək.

Demokrat.az

NE
Nihadə Eyyubova