Dünya

“Qiyamət günü” radiosu yeni siqnal yayıb

“Qiyamət günü” radiosu yeni siqnal yayıb

“Qiyamət günü” radiosu yeni siqnal yayıb: “Pelevizator”.

Bu barədə “UVQ-76 loqi” “Telegram” kanalı məlumat verib.

Sonuncu dəfə radiostansiya aprelin 16-da yüksək aktivlik göstərmiş, ardıcıl olaraq “Asolev”, “Kriptonit”, “Kratovbiq”, “Myasorub” siqnallarını ötürmüşdü.

“Qiyamət günü” radiosu, həmçinin UVQ-76 və ya “Bzzan” (Жужжалка) adları ilə də tanınır, Rusiyaya məxsus hərbi radiostansiyadır və 1970-ci illərin sonlarından fəaliyyət göstərir.

Onun siqnalları monoton vızıltı səslərindən ibarətdir, bəzən isə səsli mesajlarla kəsilir. Bu vızıltının rabitə və ya nüvə cavab zərbəsinin avtomatik idarəetmə sisteminin bir hissəsi olduğu hesab olunur. (Ordu.az)

NE
Nihadə Eyyubova