Əməkdar artist Münəvvər Əliyeva rol aldığı "Dirilən adam" serialı ilə yollarını ayırıb. Aktrisa bu barədə özü məlumat verərək 78-ci bölümdən sonra ekran işində yer almayacağını bildirib.
Demokrat.az xəbər verir ki, canlandırdığı Rəfiqə obrazının onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyən aktrisa bu rol vasitəsilə fərqli emosiyalar yaşadığını vurğulayıb. Sənətçi layihədən gözləniləndən tez ayrılmasının səbəbini hələlik gizli saxlayıb. O, bu barədə yalnız serial final etdikdən sonra geniş açıqlama verəcəyini qeyd edib.
Qeyd edək ki,AzTV-də yayımlanan "Dirilən adam" serialı Mir Cəlal Paşayevin eyniadlı romanı əsasında ekranlaşdırılıb. Layihədə Sənubər İsgəndərli və Füzuli Hüseynov kimi tanınmış simalar da çəkilir.
Demokrat.az


