Azərbaycanın təhsil sistemində bakalavriat səviyyəsi üzrə yeni ixtisas istiqaməti müəyyənləşib. Nazirlər Kabineti "Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı"na dəyişiklik edilməsi barədə qərar verib.
Demokrat.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı sənədə əsasən, mövcud siyahıya yeni məzmunda 6.46-cı bənd daxil edilib. Həmin bəndlə bakalavriat ixtisasları sırasına "Daşınmaz əmlakın idarə olunması" sahəsi də əlavə olunub. Bu addım əmlak bazarının peşəkar kadrlarla təmin edilməsi məqsədi daşıyır.
Yəni, artıq universitetlərdə daşınmaz əmlakın idarə edilməsi sahəsi üzrə ayrıca mütəxəssislər yetişdiriləcək və abituriyentlər bu ixtisası seçə biləcəklər.
Demokrat.az


