Kriminal

Baksoldakı iki nəfərin öldüyü dəhşətli hadisə bağlı rəsmi məlumat — VİDEO (YENİLƏNİB)

Baksoldakı iki nəfərin öldüyü dəhşətli hadisə bağlı rəsmi məlumat — VİDEO (YENİLƏNİB)

Bakının Binəqədi rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində qətl, yanğın və intihar qeydə alınıb.

Demokrat.az xəbər verir ki, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatına görə, aprelin 17-də saat 12 radələrində fərdi evdə yanğın baş verməsi barədə siqnal daxil olub. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun genişlənməsinin qarşısını alıblar. Yanğın nəticəsində Rafət Həsənova məxsus 90 kvadratmetrlik ev, həyətdəki talvar və "BMW" markalı avtomobil yanıb. Alov yaxınlıqdakı qonşu evə də keçərək ciddi ziyan vurub.

Hadisə yerində araşdırma aparılarkən dəhşətli faktlar üzə çıxıb. Evin içərisində 1968-ci il təvəllüdlü Ceyran Həsənovanın, həyətdə isə ev sahibi Rafət Həsənovun meyitləri tapılıb.

İlkin istintaq nəticəsində məlum olub ki, Rafət Həsənov şəxsi münasibətlər zəminində keçmiş arvadı Ceyran Həsənovanı qətlə yetirib. O, cinayətin izini itirmək üçün evi və avtomobili yandırıb, daha sonra isə həyətdə öz canına qəsd edib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda qəsdən adam öldürmə və özünü öldürmə həddinə çatdırma maddələri ilə cinayət işi açılıb. Hazırda istintaq tədbirləri davam edir.

******* 14:48

Bakının Binəqədi rayonunda dəhşətli ailə faciəsinin bəzi detalları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən şəxs keçmiş arvadının evinə gəlib.

Onların iki övladları olub, ikisi də hadisə zamanı işdə olub.

Dəhşətli hadisə nəticəsində iki ev və avtomobil yanıb, bir evin isə partlayışın təsirindən dam örtüyü, pəncərələri yararsız hala düşüb.

*** 14:36

Bakının Binəqədi rayonunda dəhşətli ailə faciəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu saatlarda Binəqədi rayonunun "Baksol yolu" adlanan ərazisində, İncəçay küçəsindəki yaşayış evlərindən birində qeydə alınıb. Həmin ərazidəki mənzillərdən birində yaşayan şəxs arvadını xüsusi amansızlıqla qətlə yetirib.

Məlumata görə, hadisəni törədən şəxs qətli törədəndən sonra qazı açıb. Nəticədə partlayış baş verib. Qətl törədən kişi də hadisə yerində ölüb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

D
demokrat.az