Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən körpələr evlərində çalışan işçilərin Vahid Tarif Cədvəlinə əsasən müəyyən edilən tarif (vəzifə) maaşlarına Nazirlər Kabinetinin təsdiqlədiyi qaydaya uyğun olaraq 1,5-dən 3 dəfəyədək artım əmsalları tətbiq olunub.
Demokrat.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, dövlət büdcəsi hesabına maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, eləcə də əməkhaqqının növləri və məbləğlərində dəyişikliklər edilib.
Yəni, dövlətə məxsus körpələr evlərində işləyən şəxslərin maaşları rəsmi qərarla bir neçə dəfə artırılıb və onlara daha yüksək ödəniş ediləcək.
Demokrat.az


