"Kurtlar Vadisi" serialında canlandırdığı "Erdal Kömürcü" obrazı ilə yaddaşlarda qalan aktyor Sefa Zengin Türkiyə Böyük Millət Məclisində keçirilən AK Parti qrup toplantısına qatılıb.
Demokrat.az xəbər verir ki, hazırda "Yeraltı" serialında rol alan sənətçi parlamentdəki görüşləri ilə diqqət çəkib.

Aktyor toplantıdan öncə Türkiyənin rəsmi şəxsləri ilə bir araya gəlib. Sefa Zengin Xarici İşlər naziri Hakan Fidan, Səhiyyə naziri Kemal Memişoğlu və Ədliyyə naziri Akın Gürlek başda olmaqla, hakim partiyanın bir çox rəsmisi ilə görüşüb söhbət edib. Bir vaxtlar ekranların ən çox izlənilən layihələrindən birində məşhurlaşan aktyorun bu ziyarəti maraqla qarşılanıb.
İsmayıl Demokrat.az


