Cəmiyyət Özəl

Türkiyədə yenə məktəbdə silahlı hücum oldu: 9 ölü, 20 yaralı var — YENİLƏNİB

Türkiyədə yenə məktəbdə silahlı hücum oldu: 9 ölü, 20 yaralı var — YENİLƏNİB

Türkiyədə məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

NTV-nin xəbərinə görə, hadisə nəticəsində ölənlərin sayı 9-a çatıb.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi silahlı hücumun terror aktı olmadığını bildirib.

*** 15:50

Türkiyədə məktəbə silahlı hücum nəticəsində 4 nəfər ölüb.

NTV-nin xəbərinə görə, bu barədə Kahramanmaraş valisi bildirib.

Onun sözlərinə görə, ölənlərdən biri müəllim, üçü şagirddir.

Silahlı hücumu 8-ci sinif şagirdinin törətdiyi qeyd olunub.

Hadisə nəticəsində yaralananların sayı 20-yə çatıb.

*** 15:15

Kahramanmaraşın Onikişubat rayonunda yerləşən Ayşel Çalık orta məktəbində silahlı insident baş verib. Təhsil müəssisəsindən silah səslərinin eşidilməsi barədə daxil olan məlumatdan dərhal sonra əraziyə çox sayda polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib və ərazi nəzarətə götürülüb.

İlkin məlumatlara görə, atışma nəticəsində xəsarət alanlar var. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə səbəblərini və təfərrüatlarını araşdırır. Yaralıların vəziyyəti və hadisənin dəqiq motivləri ilə bağlı təhqiqat davam edir.

Hadisə ilə bağlı açıqlama verən Kahramanmaraş valisi Mükerrem Ünlüer məktəbdəki hücum zamanı itkilərin olduğunu təsdiqləyib. Vali Mükerrem Ünlüer "Təəssüf ki, can itkisi var" deyərək vəziyyətin ağırlığını diqqətə çatdırıq. Hücumun kim tərəfindən və hansı məqsədlə törədildiyi hələlik bəlli deyil.

Xatırladaq ki, dünən Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən liseylərdən birində silahlı hücum baş verib. Hadisə nəticəsində 18 nəfər yaralanıb, hücum edən şəxs isə intihar edib.

Türkiyədə yenə məktəbdə silahlı hücum oldu: 9 ölü, 20 yaralı var — YENİLƏNİB

Türkiyədə yenə məktəbdə silahlı hücum oldu: 9 ölü, 20 yaralı var — YENİLƏNİB

Türkiyədə yenə məktəbdə silahlı hücum oldu: 9 ölü, 20 yaralı var — YENİLƏNİB

Türkiyədə yenə məktəbdə silahlı hücum oldu: 9 ölü, 20 yaralı var — YENİLƏNİB

Türkiyədə yenə məktəbdə silahlı hücum oldu: 9 ölü, 20 yaralı var — YENİLƏNİB

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova