Şəhərdə fəaliyyət göstərən taksilərin böyük əksəriyyəti gün ərzində uzun məsafələr qət edir və bu da avtomobillərin texniki vəziyyətinə, eləcə də bazar dəyərinə ciddi təsir göstərir. Yüksək yürüş, intensiv istifadə və tez-tez baş verən xırda nasazlıqlar nəticəsində bu nəqliyyat vasitələri zamanla sıradan çıxır və ilkin dəyərini əhəmiyyətli dərəcədə itirir.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.
O deyib ki, bu avtomobillərin taleyi artıq birbaşa onların sahiblərinin verdiyi qərarlardan asılıdır:
“Sahiblər istəsələr, nəqliyyat vasitəsini sata və ya onu fərqli sahələrdə istifadə edə bilərlər. Bəzi hallarda isə bu avtomobillərin digər ölkələrə, o cümlədən bizə göndərilməsi də mümkündür. Ümumilikdə, bu proses mərkəzləşdirilmiş şəkildə deyil, fərdi yanaşma əsasında həyata keçirilir. Hər bir sahib öz ehtiyacına, maliyyə vəziyyətinə və bazar şərtlərinə uyğun olaraq qərar verir. Nəticədə həmin avtomobillər ya ikinci bazarda dövriyyəyə daxil olur, ya da alternativ istifadə sahələrinə yönləndirilir”.
Nəqliyyat sahəsi üzrə mütəxəssis Eldəniz Cəfərov bildirib ki, istismar müddətini başa vuran və ya yüksək yürüşü olan avtomobillərin taleyi birbaşa sahiblərinin qərarından asılıdır. Onun sözlərinə görə, sahibləri bu nəqliyyat vasitələrini sata və ya fərqli istiqamətlərdə istifadə edə bilərlər. Bəzi hallarda həmin avtomobillərin digər ölkələrə, o cümlədən Azərbaycana göndərilməsi ehtimalı da istisna edilmir.
Yəni, taksi kimi intensiv istifadə olunan və çox yol qət edən köhnə avtomobillərin satılması və ya başqa məqsədlərlə işlədilməsi məsələsində əsas söz sahibi onların sahibləridir.
Leyla Turan Demokrat.az


