Hadisə

Azərbaycanda bu hotel bağlandı — VİDEO/FOTOLAR

Azərbaycanda bu hotel bağlandı — VİDEO/FOTOLAR

Şabran rayonunda yerləşən istirahət mərkəzində ciddi qanun pozuntuları üzə çıxıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən "Bağçalı" hotelində aparılan yoxlamalar obyektin təhlükəsizlik standartlarından uzaq olduğunu təsdiqləyib.

Məlum olub ki, hoteldə yanğın xəbərverici siqnalizasiya sistemi ya yoxdur, ya da işləmir. Elektrik təsərrüfatı qaydalara zidd qurulub və naqillərin dözümlülüyü yoxlanılmayıb. Üstəlik mətbəxin tavanı tezalışan materiallarla örtülüb, qazanxana və nasosxana otaqları isə lüzumsuz əşyalarla doldurulub.

Təhlükəsizlik tədbirlərinin demək olar ki, heç birinə əməl edilməyən obyektdə yanğınsöndürmə kranları sıradan çıxıb, su hovuzlarına yaxınlaşmaq üçün lazımi şərait yaradılmayıb. Taxta konstruksiyaların odadavamlı məhlulla işlənməməsi və təxliyə planının olmaması isə mümkün qəza zamanı faciə riskini artırır. Həmçinin obyektin icbari sığortasının olmadığı da müəyyən edilib.

Mövcud nöqsanların insan həyatı üçün birbaşa təhlükə yaratdığını nəzərə alaraqhotelin fəaliyyəti rəsmən dayandırılıb. Müvafiq sənəd artıq obyekt rəhbərliyinə təqdim olunub.

Azərbaycanda bu hotel bağlandı — VİDEO/FOTOLAR
Azərbaycanda bu hotel bağlandı — VİDEO/FOTOLAR
Azərbaycanda bu hotel bağlandı — VİDEO/FOTOLAR
Azərbaycanda bu hotel bağlandı — VİDEO/FOTOLAR

Demokrat.az

NE
Nihadə Eyyubova