İranla qarşıdurmadan sonra İsrail Türkiyəni hədəf olaraq seçə bilər.
Bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib və onun sözlərini Türkiyənin “Anadolu” agentliyi sitat gətirib.
“Görürük ki, İsrail, ehtimal ki, İrandan sonra Türkiyəni yeni rəqib elan etməyə çalışacaq”, - deyə Hakan Fidan bildirib.
Xarici işlər nazirinin sözlərinə görə İsrailin baş naziri Benyamin Netanyahu düşmən olmadan mövcud ola bilmir.
İslam Demokrat.az


