Dünya

İran-ABŞ danışıqları birbaşa aparılır

İran-ABŞ danışıqları birbaşa aparılır

İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar birbaşa aparılır.

Demokrat.az xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası məlumat yayıb.

Pakistan da keçirilən danışıqlarda İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edir.

ABŞ nümayəndə heyətinin tərkibinə prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner daxildir.

İran nümayəndə heyətində isə Mərkəzi Bankın rəhbəri Əbdolnasir Hemmati, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian və xarici işlər naziri Abbas Əraqçi təmsil olunur.

Demokrat.az

NE
Nihadə Eyyubova