Dünya

Paşinyanın korteji qəza törədib, ölü və yaralılar var

Paşinyanın korteji qəza törədib, ölü və yaralılar var

Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəza törədib.

Demokrat.az APA-ya istinadla bildirir ki, bu barədə ölkəni Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində bir nəfər ölüb, daha 12 nəfər xəsarət alıb.

Bütün yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Demokrat.az

NE
Nihadə Eyyubova