Bakıda həm rahat yaşayıb, həm də ağıllı investisiya etmək istəyirsən? Məhz bu nöqtədə "Kristal”ın "Park Yasamal” layihəsi diqqətləri üzərinə çəkir.
"Park Yasamal” layihəsi müasir şəhər həyatının üstünlüklərini bir araya gətirən layihə kimi sakinlərə keyfiyyətli bir həyat tərzi vəd edir. Kompleksdə sakinlərin gündəlik həyatını komfortlu etmək üçün hər detal düşünülüb.
Ərazi geniş və yaşıllıqlarla zəngin park sahəsi, göl ətrafında istirahət zonaları, futbol meydançası və uşaqlar üçün təhlükəsiz oyun sahələri ilə seçilir. Özəl uşaq bağçası isə ailələr üçün əlavə rahatlıq təmin edir. 24/7 kamera nəzarət sistemi və geniş, təhlükəsiz avtodayanacaq sakinlərin təhlükəsizliyini ön planda saxlayır.

Mənzillər tam təmirli şəkildə təhvil verilir və təmir zamanı Avropa brendlərinin materiallarından istifadə olunur. Bu isə uzunömürlü və estetik baxımdan cəlbedici yaşayış mühiti deməkdir.
Ödəniş şərtləri də alıcılar üçün olduqca əlverişlidir. Mənzilləri 30%-dən başlayan ilkin ödənişlə 36 ayadək daxili kreditlə və ya 20 ilədək ipoteka krediti ilə əldə etmək mümkündür. Eyni zamanda, dövlət ipotekasına yararlı yeni mənzillər də satışdadır. Şirkətin təqdim etdiyi "Evini hissə-hissə al” modeli isə xüsusi diqqət çəkir. Bu model sayəsində mənzilə aylıq öhdəliksiz və faizsiz şəkildə sahib olmaq mümkündür.

Binaların və mənzillərin planlanması maksimum səmərəlilik prinsipi ilə həyata keçirilib. Mənzillər "itkisiz” layihələndirilib, yəni istifadə olunmayan, boş sahələr minimuma endirilib və hər kvadratmetr real yaşayış üçün nəzərdə tutulub. Bu isə həm rahatlıq, həm də maliyyə baxımından daha sərfəli seçim deməkdir.

Ətraflı: *1544


