Sosial media Özəl

"WhatsApp mesajlarınız oxunur"

WhatsApp mesajlarınız oxunur

"Telegram"ın rəhbəri Pavel Durov növbəti dəfə rəqib platformanı hədəf alaraq səs-küylü iddia irəli sürüb. O, milyardlarla insanın istifadə etdiyi "WhatsApp" messencerinin təhlükəsizlik sistemini kəskin tənqid edib.

Durov şəxsi kanalında etdiyi paylaşımda tətbiqin şifrələmə texnologiyasını istehlakçıların tarixdəki ən böyük aldadılması adlandırıb. Onun sözlərinə görə, platforma istifadəçi mesajlarının məxfiliyini qorumur və həmin yazışmaları üçüncü tərəflərə ötürür. "Telegram"ın təsisçisi vurğulayıb ki, tətbiq rəhbərliyi şifrələmə haqqında vədlər versə də, əslində mesajlar oxunur və kənar müdaxilələrə açıq vəziyyətdədir.

Pavel Durov öz messencerini nümunə gətirərək Teleqramın heç vaxt belə addım atmadığını və bundan sonra da məxfiliyə sadiq qalacağını bildirib. O, "WhatsApp"ın milyardlarla insanı bilərəkdən yanlış istiqamətləndirdiyini qeyd edərək istifadəçiləri ehtiyatlı olmağa çağırıb.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova