Şou-biznes Özəl

"Uzak Şehir"ə yeni aktyor gəlir — FOTO

Uzak Şehirə yeni aktyor gəlir — FOTO

Ekranların reytinqli layihələrindən sayılan "Uzak Şehir" heyətinə yeni və iddialı aktyor daxil olub. Yaradıcı heyət növbəti bölümlərdə hadisələrin gedişatını dəyişmək üçün Mehmet Aykaç ilə razılığa gəlib.

Demokrat.az bildirir ki, aktyor serialda Engin Şef obrazı ilə tamaşaçıların qarşısına çıxacaq.

Süjet xəttinə görə Engin Şef Alyanın qonşusu kimi hekayəyə qoşulur. İlk baxışdan təsadüfi görünən bu tanışlığın arxasında əslində böyük sirlər gizlənir. Yeni personajın Alya ilə keçmişə dayanan qaranlıq əlaqələrinin olduğu və bu məqamın süjetdə ciddi qırılma nöqtəsi yaradacağı gözlənilir.

Uzak Şehirə yeni aktyor gəlir — FOTO

Mehmet Aykaç indiyə qədər "Kırgın Çiçekler", "İyilik" və "Kader Bağları" kimi yadda qalan layihələrdə müxtəlif obrazları canlandırıb. Onun bu transferi ekran işindəki dinamikanı daha da artıracaq. Xüsusilə Ceren Morayın canlandırdığı Meryem obrazı ilə baş verənlərdən sonra yeni gələn aktyorun hekayəyə necə təsir edəcəyi maraq doğurur.

Hazırda baş rollarını Sinem Ünsal və Ozan Akbabanın bölüşdüyü serialda Gonca Cilasun, Müfit Kayacan, Alper Çankaya kimi tanınmış simalar yer alır. Ekspert rəylərinə görə Mehmet Aykaçın gəlişi ilə "Uzak Şehir"də gərginlik bir qədər də pik həddə çatacaq.

Demokrat.az

NE
Nihadə Eyyubova