Tanınmış türkiyəli müğənni İntizar açıqlaması ilə pərəstişkarlarını təəccübləndirib. "Eşref Rüya" serialı üçün bəstələdiyi mahnı ilə diqqət çəkən sənətçi rəqib layihədən gələn cəlbedici təklifə "yox" deyib.
İntizar qonaq olduğu verilişlərin birində "Yeraltı" serialından əməkdaşlıq təklifi aldığını təsdiqləyib. Lakin müğənni bu təklifdən imtina etdiyini bildirib. Sənətçi bu addımını tamamilə emosional səbəblərlə izah edərək, sevdiyi və bağlandığı layihəyə qarşı alternativ işdə yer almağı özünə sığışdırmadığını vurğulayıb.
"Rədd etdim, çünki özümə yaraşdırmadım" deyən İntizar qərarının arxasında şəxsi seçimlərinin dayandığını qeyd edib. O, eyni zamanda "Eşref Rüya" serialının sadiq pərəstişkarı olduğunu bir daha xatırladıb.
Xatırladaq ki, hər iki serial hazırda reytinq cədvəllərində kəskin rəqabət aparır. Görünən odur ki, İntizar bu rəqabətdə tərəfini artıq seçib və sadiqliyini hər şeydən üstün tutub.
Demokrat.az


