“Qala Həyat” Sığorta Şirkəti ASC iş həyatında qarşıya çıxa biləcək risklərə qarşı etibarlı sığorta həlləri təqdim etməyə davam edir.
Demokrat.az xəbər verir ki, şirkət istehsalatda baş verə biləcək bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarını əhatə edən icbari sığorta məhsulunun əhəmiyyətini vurğulayır.
İş prosesində arzuolunmaz hallarla qarşılaşma ehtimalı hər zaman mövcuddur və bu kimi vəziyyətlərdə icbari sığorta həm işçilərin, həm də işəgötürənlərin maliyyə təhlükəsizliyinin təmin olunmasına dəstək verir.
Sığorta mexanizmi gözlənilməz hallarda yaranan maddi yükün azaldılmasına və sosial təminatın gücləndirilməsinə xidmət edir.
“Qala Həyat Sığorta”nın təqdim etdiyi bu sığorta növü əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi hallarında maliyyə dəstəyi təmin etməklə risklərin idarə olunmasına şərait yaradır.
Ətraflı məlumat almaq istəyənlər şirkətin ofisinə müraciət edə və ya aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər:
Ünvan: Bakı şəhəri, İzmir küçəsi 5A Qaynar xətt: 1540 Telefon: (012) 404 77 74


