“Qala Həyat” Sığorta Şirkəti ASC mart ayı ərzində həyata keçirilən sığorta ödənişləri ilə bağlı məlumat yayıb.
Şirkətdən Demokrat.az-a verilən məlumata görə, mart ayı ərzində ən böyük sığorta ödənişi “İpoteka krediti üzrə borcalanların həyat sığortası” məhsulu üzrə qeydə alınıb və məbləğ 47 157 AZN təşkil edib.
Bu sığorta məhsulu ipoteka krediti götürən şəxslərin həyatında baş verə biləcək gözlənilməz hadisələr zamanı onların maliyyə öhdəliklərinin qarşılanmasına dəstək məqsədi daşıyır. Beləliklə, həm borcalanlar, həm də onların ailə üzvləri üçün əlavə maliyyə təminatı yaradılır.
Daha ətraflı məlumat almaq istəyənlər “Qala Həyat Sığorta”nın ofisinə müraciət edə və ya aşağıdakı vasitələrlə şirkətlə əlaqə saxlaya bilərlər:
Ünvan: Bakı şəhəri, İzmir küçəsi 5A Qaynar xətt: 1540 Telefon: (012) 404 77 74


