Şou-biznes

"Sürücülük vəsiqəsi almağa biliyim çatmadı"

Sürücülük vəsiqəsi almağa biliyim çatmadı

Türkiyənin tanınmış aktrisası Bahar Şahin qatıldığı proqramda şəxsi həyatı ilə bağlı maraqlı faktlar açıqlayıb. "Zalim İstanbul" və "O Hayat Benim" kimi populyar seriallardan tanıdığımız 29 yaşlı aktrisa bu dəfə çəkiliş meydançalarından deyil, sürücülük imtahanındakı uğursuzluqlarından danışıb.

BaharŞahin sürücülük vəsiqəsi almaq cəhdlərinin hər dəfə boşa çıxdığını səmimi şəkildə etiraf edib.

Aktrisa yazılı imtahandan dəfələrlə kəsildiyini və artıq bu vəziyyətlə barışdığını bildirib. "Bəzi şeyləri qəbul etmək lazımdır, sürücülük vəsiqəsi ala bilmirəm. Zəkam buna yetmir, bəlkə də kifayət qədər ağıllı deyiləm" deyən Şahin başına gələnləri gülərək nəql edib. Onun sözlərinə görə, ardıcıl dörd dəfə imtahan versə də, hər dəfə eyni nəticəni, yəni 62 bal toplayıb.

Maraqlıdır ki, aktrisanın müəllimi hər dəfə eyni balın toplanmasını özünəməxsus "uğur" kimi qiymətləndirib. Lakin Bahar Şahin artıq həvəsinin öldüyünü və nəqliyyat vasitəsi kimi taksilərə üstünlük verdiyini qeyd edib.

Belə görünür, ekranlarda mürəkkəb rolların öhdəsindən gələn gənc ulduz üçün yol hərəkəti qaydaları daha çətin imtahan olub.

Demokrat.az

NE
Nihadə Eyyubova