“Qala Sığorta” ASC Kasko sığortası çərçivəsində növbəti iri ödənişini həyata keçirib.
Şirkətdən Demokrat.az-a verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı bir müştəriyə 65 000 manat məbləğində sığorta ödənişi edilib.
Bildirilib ki, bu ödəniş sığorta hadisəsi nəticəsində yaranmış zərərin qarşılanması məqsədilə həyata keçirilib və müştərinin maliyyə yükünün azaldılmasına xidmət edib.
“Qala Sığorta” müştərilərinə etibarlı və operativ xidmət göstərməyi prioritet hesab etdiyini vurğulayaraq, sığorta hadisələri zamanı ödənişlərin vaxtında həyata keçirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Müştərilər daha ətraflı məlumat almaq istəyənlər *4000 nömrəsi ilə əlaqə saxlaya və ya şirkətin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, məhəllə 221 ünvanında yerləşən ofisinə müraciət edə bilərlər.
Demokrat.az


