Hadisə Özəl

Zəlzələlərin güclü yağışla əlaqəsi var? — Seysmoloqdan AÇIQLAMA

Zəlzələlərin güclü yağışla əlaqəsi var? — Seysmoloqdan AÇIQLAMA

Tez-tez müzakirə olunan yanğın, daşqın və digər texnogen hadisələrin zəlzələyə səbəb olması fikri elmi əsas daşımır. Yer qabığındakı tektonik hərəkətlər və geoloji proseslər zəlzələlərin əsas qaynağı hesab olunur. Səthdə baş verən yanğın və ya su daşqınları yeraltı təbəqələrdəki gərginliyə təsir edəcək gücə sahib deyil.

Məsələ ilə bağlı açıqlama verən seysmoloq Ənvər Əliyev Demokrat.az-a qeyd edib ki, bu cür hadisələrin zəlzələ ilə heç bir əlaqəsi yoxdur.

"Zəlzələnin baş verməsinə bu cür hadisələrin heç bir təsiri yoxdur. Zəlzələ yerin 50–60 kilometr dərinliyində yerləşən, “massa-maquma” adlanan və 1000 dərəcədən yuxarı temperaturda olan böyük, hərəkətdə olan kütlələrin hərəkəti nəticəsində meydana gəlir. Bu kütlələr trilyon tonlarla ölçülür, ölçüsü isə Afrika və ya Asiya qitəsi boydadır. Belə nəhəng kütlələrə yalnız öz aralarındakı hərəkətlər təsir edə bilər, sadalanan hadisələrin isə onlara heç bir təsiri yoxdur. Bu real olaraq mümkün deyil".

Zəlzələlərin güclü yağışla əlaqəsi var? — Seysmoloqdan AÇIQLAMA

Ekspert bildirir ki, bu kütlələrin çəkisi trilyon tonlarla ölçülür və miqyası bütöv qitələrlə müqayisə oluna bilər. Belə nəhəng yeraltı güclərə yalnız həmin kütlələrin öz aralarındakı qarşılıqlı təsiri təsir edə bilir. Yer səthindəki lokal hadisələrin yerin dərinliklərindəki bu prosesləri hərəkətə gətirməsi real görünmür.

Qeyd edək ki, bu gün Xəzər dənizində iki zəlzələ qeydə alınıb.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova