“Kontakt” mağazalar şəbəkəsinin pul uduşlu “Qoşa seç, 100 000 AZN-dək apar” kampaniyasından sevindirən xəbərlər gəlməyə davam edir. Belə ki, şəbəkənin keçirdiyi növbəti finalda daha iki müştəri 100 000 AZN-lik böyük pul mükafatının sahibi olub.
Bir neçə gün əvvəl “Gənclik Mall”da keçirilən final tədbirində xeyli izdiham var idi, çünki nə az, nə çox düz 40 finalçı öz seçdikləri qoşanı atmağı hədəfləyirdi.

“Mən sadəcə evdə işlərimi asanlaşdırmaq üçün tozsoran almışdım. Yatsam, yuxuma gəlməzdi ki, 155 manatlıq tozsoran mənə belə böyük pul gətirər. Zərlər cütləşəndən sonra öz-özümə bir anlıq düşündüm ki, doğrudan bu gördüyüm elə dediyim rəqəmdir?! O tozsoranı istifadə etməyi yox, evdə ekspoant kimi sərgiləməyi düşünərəm artıq” - deyərək gülür.

“Düzü, zər atmağa gələrkən çox tələsirdim. Hətta, final tədbirinə zəng edib çağıranda həmin gün başqa işim olduğunu, alınsa gələcəm demişdim. Çox istəyirəm ki, bu pulu övladımın təhsilinə yatırım edim” 
Beləliklə, “Qoşa seç, 100 000 AZN-dək apar” kampaniyasının növbəti finalı da iki sevinc hekayəsi ilə yadda qalıb. Maraqlananlar üçün isə 100 000 AZN-lik böyük uduş marafonu hələ də tam sürəti və eyni mükafat fondu ilə davam edir.
Xüsusi olaraq qeyd edək ki, bu il “Qoşa seç, 100 000 AZN-dək apar” kampaniyasını digərlərindən fərqləndirən əsas məqam müştəriyə verilən seçim azadlığıdır. Burada uduşu təsadüfi rəqəm deyil, müştərinin öz seçimi təyin edir. Üstəlik, builki qaydalar daha sərfəlidir: finala qədərki mərhələlərdə qazanılan məbləğlər heç bir halda itirilmir və müştəridə qalır.
Şərtlər barədə daha ətraflı məlumat üçün buraya daxil ola bilərsiniz.


