Şou-biznes Özəl

"Yeraltı"da 17 yaşlı aktrisanın görüntüləri müzakirələrə səbəb oldu

Yeraltıda 17 yaşlı aktrisanın görüntüləri müzakirələrə səbəb oldu

Tamaşaçıların maraqla izlədiyi "Yeraltı" serialının 11-ci bölümünün ikinci fraqmanı təqdim olunub. Yeni görüntülər gələn bölümdə hadisələrin daha da mürəkkəbləşəcəyindən, sevgi və xəyanət xəttinin dərinləşəcəyindən xəbər verir. Fraqman izləyicilərə qaranlıq üzləşmələr və böyük hesablaşmalar vəd edir.

Yeni serialda diqqətçəkən məqam 17 yaşlı aktisa Ülkü Hilal Çiftçinin həmkarı ilə səmimi anlar yaşamasıdır.

Yeraltıda 17 yaşlı aktrisanın görüntüləri müzakirələrə səbəb oldu

Baş qəhrəman Haydarali üçün çətin günlər davam edir. Ailəsinin qatilini öldürdükdən sonra ağır bədəl ödəyərək həbsxanaya düşən Haydarali azadlığa qovuşsa da, özünü daha təhlükəli bir dünyanın mərkəzində tapır. O, yeraltı dünyasının amansız qruplaşmaları ilə qarşı-qarşıya gələrkən keçmişin yükü ilə mübarizə aparmalı olur.

Yeni bölümün ən diqqətçəkən məqamı isə Haydarali unuda bilmədiyi qadının hazırda onun ən yaxın adamının həyat yoldaşı olmasıdır. Bu gözlənilməz vəziyyət serialdakı emosional gərginliyi zirvəyə daşıyır. Sevgi, xəyanət və taleyin sınağı "Yeraltı"nın qaranlıq atmosferində dramatik şəkildə birləşir.

Yayımlanan ikinci fraqman növbəti bölümdə həm macəranın, həm də hisslərin daha qabarıq veriləcəyini göstərir. İndi hamını bir sual düşündürür: Haydaralinin verəcəyi qərarlar hekayənin gedişatını necə dəyişəcək? Serialın pərəstişkarları yeni bölümü səbirsizliklə gözləyirlər.

Demokrat.az

NE
Nihadə Eyyubova