Gündəm

“Müsavat”dan neçə namizəd qeydə alınıb? – Arif Hacılı açıqladı

“Müsavat”dan neçə namizəd qeydə alınıb? – Arif Hacılı açıqladı

Arif Hacılı Müsavat Partiyasının qeydə alınan namizədlərinin sayını açıqlayıb.

Demokrat.azxəbər verir ki, o bu barədə öz feysbuk hesabında məlumat verib:

"Namizədlərin qeydə alınması müddəti başa çatdı.

Müsavat Partiyasının 63 namizədi 59 seçki dairəsi üzrə millət vəkilliyinə namizəd kimi qeydə alındı.

3 milyona yaxın seçicini əhatə edən seçki dairələrində namizədlərimiz olacaq. Digər dairələrdə müxalifət blokları namizədlərini, müstəqil namizədləri, gənc fəalları müdafiə etmək niyyətindəyik.

Dairələr üzrə namizədlərimiz, hədəflərimiz, planlarımız barədə sabah saat 14-də Müsavat qərargahında keçiriləcək mətbuat konfransında məlumat veriləcək.

Başlayırıq, dostlar.

Dövlətimiz və xalqımız üçün xeyirli-uğurlu olsun!"

D
demokrat.az