Sağlamlıq Özəl

Yaşı 45-dən yuxarı olub kolbasa yeyənlərin nəzərinə!

Yaşı 45-dən yuxarı olub kolbasa yeyənlərin nəzərinə!

İnsan orqanizminin, xüsusən də beynin fəaliyyətinə birbaşa mənfi təsir göstərən qida qrupu müəyyənləşdirilib. Aparılan araşdırmalar göstərir ki, beyin sağlamlığını qorumaq üçün rasiondan ilk növbədə kənarlaşdırılmalı olan məhsullar var.

Demokrat.az xəbər verir ki, bu xəbərdarlıq xüsusilə 45 yaşdan yuxarı olan şəxslərə şamil edilir.

Qastroenteroloq, tibb elmləri doktoru Supriya Rao qeyd edir ki, beyin üçün ən təhlükəli qida emal olunmuş ət məhsullarıdır. Bura kolbasalar, sosislər, vetçina və bekon kimi məhsullar daxildir. Həkimin sözlərinə görə, bu növ qidalar beyin damarlarına zərər verən iltihab proseslərinə yol açır. Bu da öz növbəsində koqnitiv qabiliyyətlərin zəifləməsinə, əhval-ruhiyyənin pisləşməsinə və immun sisteminin çökməsinə səbəb olur.

Həkim xatırladır ki, Ümumdünya Səhiyyə Təşkilatı emal olunmuş əti birinci dərəcəli karsinogen kimi təsnif edir. "Bu o deməkdir ki, həmin məhsulların xərçəng yaratma ehtimalına dair kifayət qədər ciddi sübutlar mövcuddur" - deyə doktor Rao bildirib. O, beyin və bədən funksiyalarının optimal səviyyədə qalması üçün bitki mənşəli pəhrizə üstünlük verməyi və təbii, emal olunmamış məhsullarla qidalanmağı tövsiyə edir. Bağırsaq sağlamlığının qorunması beyin fəaliyyəti ilə sıx bağlıdır və bu zənciri qırmamaq üçün sosial qidalanma vərdişlərinə yenidən baxmaq zəruridir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova