İqtisadi

Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? — RƏSMİ

Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? — RƏSMİ

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda bankların kreditlər üzrə faiz gəlirləri 714.8 milyon manat təşkil edib.

Demokrat.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% artıb.

Qeyd edək ki, martın 1-i tarixinə Azərbaycanda bankların kredit portfeli 30 milyard 118.9 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,5% və ya 138.8 milyon manat çoxdur.

Kredit portfelinin 16 milyard 58 milyon manatı (+0,7%) biznes kreditlərinin, 9 milyard 467.5 milyon manatı (+0,4%) istehlak kreditlərinin, 4 milyard 593.4 milyon manatı (-0,3%) isə ipoteka kreditlərinin payına düşüb.

Demokrat.az

NE
Nihadə Eyyubova