Maraqlı Özəl

Apreldə həyətinizə əkin! Bir dənəsi belə bağa yaxın durmayacaq

Apreldə həyətinizə əkin! Bir dənəsi belə bağa yaxın durmayacaq

Aprel ayının gəlişi ilə havaların isinməsi gənə aktivliyini də artırıb. Bağça, eyvan və ya qapı önünə əkilən bəzi ətirli bitkilər yaydıqları kəskin qoxularla gənələrə qarşı təbii sipər rolunu oynayır.

Demokrat.az xəbər verir ki, bəzi bitki növləri gənə və digər zərərvericilər üzərində qovucu təsirə malikdir. Bu bitkilərin xüsusilə istirahət guşələri, çardaqlar və gəzinti yollarının ətrafına əkilməsi məsləhət görülür. Qorunma xüsusiyyəti ilə seçilən bitkilər arasında lavanda və rozmarin ilk sıralarda gəlir. Bu bitkilər aromatik qoxuları ilə həm gənələri, həm də ağcaqanadları ərazidən uzaqlaşdırır.

Pişik nanəsi tərkibindəki nepetalakton maddəsi sayəsində sintetik qoruyuculara güclü bir alternativ sayılır. Eyni zamanda kəskin qoxulu yovşan və dekorativ görünüşlü məxmər gülü də bağça zərərvericilərinə qarşı effektiv baryer yaradır.

Simon Freyzer Universitetinin apardığı son araşdırmalar gənələrlə mübarizədə maraqlı bir faktı üzə çıxarıb. Məlum olub ki, gənələr qarışqaların olduğu bölgələrdən uzaq durmağa çalışır. Bunun səbəbi qarışqaların ifraz etdiyi və gənələr üçün qovucu funksiya daşıyan feromonlardır. Bu kəşf gələcəkdə bioloji mübarizə üsullarının inkişafına yol aça bilər.

Təbii üsullar riski azaltsa da, xəbərdarlıqları unutmaq olmaz. Bağça işləri və təbiət gəzintilərindən sonra bədənə diqqətlə baxış keçirmək vacibdir. Bitki bariyerləri strateji nöqtələrə yerləşdirilməli, lakin digər fərdi qorunma tədbirləri də diqqətdə saxlanılmalıdır.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova