Bir dövrün populyar ekran işi olan "Çocuklar Duymasın" serialında canlandırdığı Emine obrazı ilə yaddaşlara həkk olunan Melek Şahinin son halı diqqət çəkib. 2002-ci ildən bu yana hər kəsin sevimlisinə çevrilən aktrisanın illər ərzindəki dəyişimi pərəstişkarlarını heyrətə gətirib.
Serialda "Çayçı Hüseyn"in həyat yoldaşı rolunu oynayan 55 yaşlı aktrisa real həyatdakı imici ilə tamamilə fərqli görüntü sərgiləyir. Sosial şəbəkədə paylaşılan fotolarda onun fit görünüşü və müasir geyim tərzi diqqət mərkəzinə düşüb. İzləyicilər aktrisanın zahiri görünüşü barədə "illər ona toxunmayıb" kimi şərhlər yazıblar.
Ekrandakı sadə ev xanımı obrazından fərqli olaraq, Melek Şahinin gündəlik həyatdakı tərzi pərəstişkarlarını mat qoyub. Onun son halını görənlərin əksəriyyəti aktrisanı tanımaqda çətinlik çəkdiklərini gizlətməyiblər. Hazırda Melek Şahinin hər paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanır.


Jalə Demokrat.az


