Ekranların sevilən layihəsi “Yeraltı” yeni bölümləri ilə izləyiciləri cəlb etməyə davam etdiyi bir vaxtda, seriala qoşulan yeni aktyor gündəmi dəyişib. Tanınmış aktyor Cemal Hünalın layihəyə daxil olması xəbəri qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Yayımlandığı ilk gündən qaranlıq atmosferi və dinamik süjeti ilə seçilən seriala belə təcrübəli aktyorun qatılması izləyicilər tərəfindən müsbət qarşılanıb. Aktyorun hansı obrazı canlandıracağı hələ açıqlanmasa da, kulis məlumatlarına görə onun sərt və hekayənin gedişatına ciddi təsir edəcək rolda çıxış edəcəyi bildirilir. Cinayət və güc mübarizəsinin ön planda olduğu süjetdə bu obrazın hadisələri daha da gərginləşdirəcəyi gözlənilir.

Digər tərəfdən, serialda bəzi ayrılıqların da baş verəcəyi iddia olunur. Xüsusilə qadın aktrisalardan birinin layihədən gedəcəyi xəbəri diqqət çəkib. Bu dəyişikliklər fonunda yeni aktyorun heyətə qoşulması istehsalçıların süjet xəttində yeniliklər etməyə hazırlaşdığını göstərir.
Sosial şəbəkələrdə yayılan rəylərdə izləyicilər bu transferi uğurlu addım kimi qiymətləndirir. Onların fikrincə, serial qarşıdakı bölümlərdə daha gərgin və maraqlı mərhələyə keçəcək. Eyni zamanda, Cemal Hünalın bu layihə ilə daha geniş auditoriyanın diqqətini cəlb edəcəyi də proqnozlaşdırılır.







Jalə Demokrat.az


