Əməkdar artist Elnarə Abdullayeva "Qonaqcanlı" proqramında övladları ilə bağlı diqqətçəkən açıqlamalar verib. Müğənni oğlunun gələcəkdə quracağı ailə və qız seçimi məsələsinə münasibətini bildirib. O qeyd edib ki, övladının seçiminə müdaxilə etmək niyyətində deyil. İfaçının sözlərinə görə, oğlu artıq ali təhsilini başa vurub və öz qərarlarını verəcək yaşdadır.
"Oğluma niyə qız tapıram ki? Özünün gözü və ağlı var. Neçə ildir yaşayır. Oxutmuşam, universitet bitirib. Ağıllı oğlandır, gedib özü tapsın. Mən sadəcə ailəsi ilə maraqlana bilərəm ki, yaxşıdır və ya necədir. Necə oğul böyütmüşəm ki, hələ qız tapa nilmir? Elə şey olar?".
Qızı Xədicənin bir vaxtlar sosial şəbəkədəblogerliketməsi məsələsinə toxunan E.Abdullayeva buna etiraz etdiyini bildirb:
"Bloqer olunca oxuyan olardı da... Səsi var, amma lazım deyil. Onun nə bloqerliyi, nə də müğənniliyi lazımdır. Gedib oturub evində xanımlığını etsin. Biz nizamda olmalıyıq. Hər şey olmaz axı...".
Qeyd edək ki, E.Abdullayevanın bir qız, bir oğul övladı var. İfaçının qızı Xədicə ailə qurub. (axşam.az)
Demokrat.az


