"Yeraltı" serialının çəkiliş meydançasında baş rol ifaçıları arasında gərginlik yaşandığı iddia olunur. NOW TV-də yayımlanan və qısa müddətdə böyük izləyici kütləsi toplayan ekran işində Devrim Özkan və Sümeyye Aydoğan arasında böhran yarandığı bildirilir.
Kulisdən sızan məlumatlara görə, Devrim Özkan tərəf müqabili Deniz Can Aktaş ilə olan fotolarını sosial media hesabından silib. Bunun ardınca Sümeyye Aydoğanın həmin aktyorla foto paylaşması diqqətdən yayınmayıb.
Bu addımlar həm izləyicilər, həm də media tərəfindən baş rollar arasında rəqabət kimi qiymətləndirilib. Şayiələrə görə, Deniz Can Aktaş tərəf müqabili olaraq məhz Sümeyye Aydoğana üstünlük verir, lakin tərəflərdən hələlik rəsmi açıqlama gəlməyib.
Gərginlik xəbərləri fonunda serialda ayrılıq qərarı da verilib. Ekspert Birsen Altuntaşın məlumatına görə, bu həftəki bölümdə qadın obrazlarından biri hekayə ilə vidalaşacaq. Final səhnəsində baş verəcək ölüm hadisəsi ilə bir xanım aktrisanın layihədən gedəcəyi dəqiqləşib. İzləyicilər həmin obrazın Ekin Aksoyun canlandırdığı Pınar olduğunu ehtimal edirlər.















İsmayıl Demokrat.az


