Cəmiyyət Özəl

Kimin diplomu varsa müəllim işləyə bilər: Qayda dəyişdi

Kimin diplomu varsa müəllim işləyə bilər: Qayda dəyişdi

Müəllimlərin işə qəbulu imtahanlarında iştirak etmək istəyən namizədlər üçün yeni imkanlar yaradılıb. Pedaqoji fəaliyyətlə məşğul olma qaydalarına edilən son dəyişikliklərdən sonra MİQ müsabiqəsinə buraxılacaq bakalavr ixtisaslarının siyahısı rəsmən təsdiqlənib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, müəyyən edilmiş siyahıda adı olan qeyri-pedaqoji ixtisasların məzunları da artıq müəllim olmaq üçün şans qazanacaqlar. Bu addım müxtəlif sahələr üzrə peşəkar kadrların orta məktəblərdə tədris prosesinə cəlb edilməsinə şərait yaradır.

Müsabiqədən uğurla keçən, lakin pedaqoji təhsili olmayan mütəxəssislər birbaşa dərs deməyə başlamayacaqlar. Həmin şəxslər işə qəbul edildikdən sonra xüsusi təlim kurslarından keçəcəklər. Təlimlər zamanı onlara tədris metodikası və şagirdlərlə işin psixoloji tərəfləri öyrədiləcək.

Qeyd edək ki, hər il ehtiyaclara uyğun olaraq müsabiqəyə buraxılacaq ixtisasların siyahısı yenidən nəzərdən keçirilir. Hazırkı dəyişiklik təhsil sistemində kadr bazasının şaxələndirilməsinə xidmət edir.

Demokrat.az

NE
Nihadə Eyyubova