Avto Özəl

Suda qalan həmin BYD-nin son vəziyyəti: Usta "Fatihə"sini verdi

Suda qalan həmin BYD-nin son vəziyyəti: Usta Fatihəsini verdi

Masazırda subasmada iki gün qalan çin avtomobilinin sonrakı taleyi məlum olub.

Demokrat.az xəbər verir ki, BYD Destroyer 05 modeli saatlarla suda qaldığı üçün batareyalarına su keçib.

Bu barədə görüntüləri usta sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki avtomobilin təmiri çox baha başa gələcək.

Usta batareya üçün zarafatla "fatihə" də oxuyub.

Qeyd edək ki, son iki gün ərzində Bakıya və Abşeron yarımadasına rekord yağışlar yağıb. Yağıntının miqdarı normadan 6 dəfə çox olub. Rəsmi açıqlamada bildirilir ki, sonuncu dəfə Bakı belə yağışı 1988-ci ildə görmüşdü.

@tural.avto.elektrik #bydgoszcz #baku #kitten #keşfet ♬ original sound - Viral Music Hits

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova