Şou-biznes

"Mənə dedi ki, sənə nifrət edirəm"

Mənə dedi ki, sənə nifrət edirəm

Əməkdar artist Ədalət Şükürov fanatlarından birinin ona dediyini bölüşüb.

Demokrat.az xəbər verir ki, "Mədəni şou"da qonaq olan müğənni valideynlərə səslənib:

"Bir məclisdə 20 yaşında cavan oğlan yaxınlaşdı. Dedi ki, "8 yaşımda idim, istədim sizinlə şəkil çəkdirim. Razılaşmadınız. O vaxtdan sizə nifrət edirəm. Hələ də sizdən xoşum gəlmir". İzah edə bilmədim ki, xoşlamıram uşaqlar səhnəyə qalxsın. Orada olmaq uşaq üçün təhlükəlidir: səs, tüstü. Qulağı dağıdar. Valideynə bunu başa salmaq çətindir".

Bu gönderiyi Instagram'da gör

Axşam.az (@axsamaz)'in paylaştığı bir gönderi

Demokrat.az
NE
Nihadə Eyyubova