Şou-biznes

Aynur Dadaşovanın evində xeyir işdir

Aynur Dadaşovanın evində xeyir işdir

Müğənni Aynur Dadaşova-nın evində toy hazırlığı başlayıb.

Sənətçi bu barədə “İncə səhər” verilişində danışıb. O bildirib ki, ailələrində bacısı qızının toyu olacaq və artıq bu xoş günə hazırlıqlar gedir:

“Bacımın bir övladı var, ona analıq edirəm. Allah hamının balasını xoşbəxt etsin. Biz qudamızla bacıyıq. Ən böyük xoşbəxtliyim balalarımı xoşbəxt görməkdir. Anama deyirəm ki, gün olsun nəticələrin üçün elçi gəlsinlər”.

Qeyd edək ki, Aynur Dadaşovanın bacısı bir neçə il əvvəl uzun sürən xəstəlikdən vəfat edib. İfaçının özünün isə bir qız və bir oğul övladı var.(axsam.az)

Demokrat.az

NE
Nihadə Eyyubova