VI “Yüksəliş” müsabiqəsinə martın 6-da başlayan qeydiyyat yüksək dinamikailə davam edir.
Demokrat.az xəbər verir ki,müsabiqəyə qoşulan iştirakçıların sayı artıq 10 mini ötüb.
Ümumilikdə isə ötən 5 mövsüm üzrə 69 mindən çox müraciətin qeydə alınması“Yüksəliş” müsabiqəsinin Azərbaycanda insan kapitalının inkişafı üzrə mühümplatformaya çevrildiyini göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsisolunan və Birinci vitse-prezident, Heydər ƏliyevFondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən “Yüksəliş”müsabiqəsi ölkədə insan kapitalının inkişafına yönəlmiş mühüm təşəbbüslərdənbiridir.
Müasir dövrdə cəmiyyətlərin inkişafı yalnız iqtisadi resurslarla deyil, bu resurslarıeffektiv şəkildə idarə edə bilən insan kapitalının keyfiyyəti ilə müəyyən olunur.Bu baxımdan “Yüksəliş” müsabiqəsi Azərbaycanda idarəçilik potensialının üzə çıxarılması, inkişaf etdirilməsi və yeni nəsil peşəkar kadr ehtiyatınınformalaşdırılması istiqamətində sistemli yanaşmanı təcəssüm etdirir.
“Yüksəliş” idarəetmə potensialının üzə çıxarılmasına və inkişafına xidmət edənmüsabiqə olmaqla yanaşı, həm də meritokratiya, şəffaflıq və bərabər imkanlarprinsipləri əsasında formalaşan, müxtəlif sahələrdən olan insanları ortaq inkişafmühitində birləşdirən platformadır. Müsabiqə iştirakçılara yalnız bilik və bacarıqlarını yoxlamaq imkanı vermir, eyni zamanda, onların strateji düşünmə, qərarvermə və liderlik potensialını üzə çıxarır.
Azərbaycan gənclər və idman nazirinin müavini, “Yüksəliş”müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev qeyd edir ki, “Yüksəliş” müsabiqəsi ölkədə güclü insan kapitalının və peşəkar idarəetmə elitasının formalaşdırılması istiqamətində həyata keçirilən strateji yanaşmanınmühüm tərkib hissəsidir:“Məqsədimiz yalnız qalibləri müəyyənləşdirmək deyil, dövlət prioritetlərini effektiv şəkildə reallaşdıra bilən və ölkənin uzunmüddətliinkişafına töhfə verən kadrların formalaşması üçün dayanıqlı inkişaf mühitiyaratmaqdır”.
Beş mövsüm ərzində əldə olunan nəticələr bu yanaşmanın effektivliyini aydınşəkildə göstərir. Bu dövr ərzində müsabiqəyə ümumilikdə 69 963 nəfər müraciətedib, onlardan 39 536 nəfərin şəxsi kabineti yaradılıb. Namizədlərdən 1 254nəfər yarımfinal mərhələsinə, 488 nəfər final mərhələsinə yüksəlib, 116 nəfər isə qalib adını qazanıb.Statistik göstəricilər iştirakçı profilinin geniş və inklüziv olduğunu da ortaya qoyur. Qeydiyyatdan keçənlərin 30,45 faizini qadınlar, 69,55 faizini isə kişilər təşkil edir. Qaliblərin isə 55,63 faizi dövlət sektorunu, 34,51 faizi özəl sektoru, 6,34 faizi beynəlxalq qurumları, 3,52 faizi isə qeyri-hökumət təşkilatlarını təmsil edir. Bu göstəricilər “Yüksəliş”in müxtəlif sahələrdə çalışan, fərqli təcrübəyə malik, lakin ortaq olaraq idarəçilik potensialı daşıyan şəxsləri bir araya gətirdiyini təsdiqləyir.
Cari mövsüm üzrə qeydiyyat mərhələsi də yüksək fəallıqla davam edir. Hazırda10 mindən çox iştirakçı qeydiyyatdan keçib. Onlardan 7 mindən çoxu kişi, 2mindən çoxu isə qadındır. Eyni zamanda, müsabiqəyə yenidən qatılan iştirakçıların sayı ilə ilk dəfə müraciət edənlərin sayı arasında yaxınlıq müşahidə olunur. Əvvəlki mövsümlərdə iştirak etmiş şəxslərin sayı 5 mindən çox, yeni iştirakçıların sayı isə 4 mindən çoxdur. Bu dinamika müsabiqəyə olan marağın davamlı xarakter daşıdığını və müsabiqənin ildən-ilə daha geniş auditoriyanı əhatə etdiyini göstərir.
“Yüksəliş” müsabiqəsinin əsas fərqləndirici xüsusiyyətlərindən biri onunqiymətləndirmə yanaşmasıdır. Müsabiqə çərçivəsində yalnız nəzəri biliklər deyil,eyni zamanda, analitik düşüncə, qərarvermə, məsuliyyət götürmə, komandaidarəetməsi və liderlik bacarıqları da qiymətləndirilir. Bu isə onu klassik imtahanmodelindən fərqləndirərək daha kompleks və müasir inkişaf platformasına çevirir.
Müsabiqə qalibləri üçün təqdim olunan imkanlar da bu ekosistemindavamlılığını təmin edir. Qaliblər Mentorluq Proqramı, fərdi inkişaf planları və real layihələrdə iştirak imkanları əldə edərək peşəkar inkişaflarını davametdirirlər. Qaliblərdən 80 nəfərdən çoxu Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi(AZCON), SOCAR, PAŞA Holding, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ), “AzerGold” QSC, “bp”və “Kapital Bank” ASC kimi ölkənin qabaqcıl dövlət və özəl qurumlarındamüxtəlif təyinatlar alaraq məsul vəzifələrdə fəaliyyət göstərirlər.
Qeyd edək ki, VI “Yüksəliş” müsabiqəsi üzrə qeydiyyat 16 aprel tarixinədəkdavam edəcək. Müsabiqədə iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçərəköz idarəetmə potensialını sınamaq, bilik və bacarıqlarını nümayiş etdirmək və yeni inkişaf imkanları əldə etmək şansı qazana bilərlər.
Müsabiqədə iştirak etmək üçün namizədlər Azərbaycanınvətəndaşı olmalı, qeydiyyatın son gününə qədər 21–51 yaş aralığında olmalı, alitəhsilə və minimum 2 illik idarəetmə təcrübəsinə malik olmalıdırlar.





